Daha bir qatar qurbanı

daha-bir-qatar-qurbani
Oxunma sayı: 650

Anspress-in bölgə müxbirinin məlumatına görə, hadisə Bakı-Böyükkəsik dəmir yolu xəttinin 181-ci kilometrliyində baş verib. Dəmir yolunun Gəncə stansiyası ərazisində relslərin üzərindən yolu keçmək istəyən 31 yaşlı Səfurə Mərdanova hərəkətdə olan yük qatarı vuraraq qırağa atıb.

Hadisə şahidlərinin sözlərinə görə, Səfurə Mərdanova yolun üzərindən keçərkən qatarın gəlib-gəlmədiyinə diqqət etməyib. Aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan verilən məlumata görə, qadın daxiliqanaxma və qaraciyərinin partlmasına görə əməliyyat zaman keçinib.