Daha bir qəza - 3 yaralı

daha-bir-qeza-3-yarali
Oxunma sayı: 627

“Qafqazinfo”nun FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "KamAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobili ağır deformasiyaya uğrayıb.

Xilasedicilər təhlükəsizlik tədbirlərinə riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə avtomobildə sıxılmış vəziyyətdə qalmış 3 nəfər yaralını çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.