Daha bir qızıl - Yenilənib

daha-bir-qizil
Oxunma sayı: 1349

Bu gün İslam Həmrəylik Oyunlarında taekvondo yarışları davam edəcək. 

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın 4 idmançısı yarışlara qatılacaq.

63 kq çəki dərəcəsində mübarizə aparacaq Məhəmməd Məmmədov 1/8 finalda İbrahim Zarman (İndoneziya)/ Əhməd Əlhosani (BƏƏ) cütünün qalibi ilə üz-üzə gələcək.
 
74 kq-da Səid Quliyev 1/4 finalda Muhammad Fahem (Pakistan)/ Toş van Diyk (Surinam) mübarizəsinin qalibi ilə qarşılaşacaq.
 
87 kq-da Ramin Əzizov (87 kq) da yarışlara 1/4 finalda iordaniyalı Anas Sadeki sınağa çəkəcək.
 
Qadınların yarışında mübarizə aparan 62 kq çəkidə Darya Şkurko Mərakeş taekvondoçusu Sukayna ƏL Auni ilə münasibətlərinə aydınlıq gətirəcək.

***

Taekvando yarışlarında idmançımız Məhəmməd Məmmədov indoneziyalı İbrahim Zarmanı 9:2 hesabı ilə məğlub edərək 1/4 finala adlayıb.

Qadın taekvandoçumuz Darya Şukurko 1/4 finalda Mərakeş taekvondoçusu Sukayna El-Auniyə uduzaraq mübarizəni dayandırıb.

***

87 kq-da Ramin Əzizov 1/4 finalda iordaniyalı Aner Sadikini udaraq yarımfinala çıxıb.

***

Taekvandoda Məhəmməd Məmmdəov qazaxıstanlı Alimjan Serikbayevə 7:8 uduzaraq bürünc qazanıb.

***

Taekvandoda Ramin Əzizov iranlı Əhməd Məhəmmədəli üzərində 16:13 hesablı qələbə qazanıb və qızıl medala sahib olub.