Daha bir səfirin yeri dəyişdi

daha-bir-sefirin-yeri-deyisdi
Oxunma sayı: 658


Prezident İlham Əliyev İbrahim Əsəd oğlu Hacıyevin Azərbaycan Respublikasının İndoneziya Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Filippin Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə İ.Hacıyevin Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.