Daha bir şəhər İŞİD-dən azad edilir - Əməliyyat başladı

daha-bir-seher-isid-den-azad-edilir
Oxunma sayı: 749

İraq ordusu Telafər şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatına başlayıb.

“Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu barədə İraqın  baş naziri Haydar əl-İbadi dövlət televiziyasına açıqlamasında bildirib.

“Telafer şəhərinin xilas olunmağı uğrunda mübarizə gedir. Şəhərdəki İŞİD-çilərin təslim olmaq və ya öldürülməkdən başqa seçimləri yoxdur”,- deyə baş nazir vurğulayıb.

O, həmçinin əməliyyatda iştirak edən qüvvələrdən də bəhs edub: “Əməliyyata İraq əsgərləri, anti-terror qüvvələri, federal polislər və “Haşdi-Şabi” qatılıb.