Daha bir senator prezidentliyə namizəd oldu

daha-bir-senator-prezidentliye-namized-oldu
Oxunma sayı: 836

ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkiləri üçün daha bir namizədin adı məlum olub.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, Vermont ştatının senator Börni Sanders namizədliyini elan edib:

“Bizim kampaniyamız müasir ABŞ tarixindəki ən təhlükəli prezidentin işinə son qoymaqdır. Ölkəmizi inkişaf etdirmək, sosial, rasional və ətraf mühiti qoruyan prinsiplər üzərində hökumət formalaşdırmağa çalışacağıq”.

Qeyd edək ki, daha öncə Demokrat Partiyasının üzvü, senator Kamala Herris, Nyu-York ştatının senatoru Kirsten Gillibrand, Nümayəndələr Palatasının üzvü Tulsi Qabbard, Massaçusets ştatının senatoru Elizabet Uorren və Barak Obamanın prezidentliyi dövründə Mənzil və Şəhərsalma naziri olmuş Xulian Kastro da Donald Trampa rəqib olacaqlarını elan ediblər.