Daha bir serial yayımdan qaldırıldı

daha-bir-serial-yayimdan-qaldirildi
Oxunma sayı: 3018

Türkiyənin ATV kanalında yayımlanan “Seven ne yapmaz” serialı ekranlarla vidalaşıb.

“Qafqazinfo” xəbər verir ki, kanal rəhbərliyi əvvəlcə reytinq siyahılarında yüksək olan, daha sonra geriləyən layihə barədə qəti bir qərara gəlib. 

Seren Şirince və Yusuf Çim kimi tanınmış aktyorlaırn rol aldığı ekran işi 11-ci bölümdə tamaşaçılarla vidalaşıb.

Serialı ərsəyə gətirən MF Yapım şirkəti də ATV ilə müqaviləyə xitam verib.