Daha bir siqaret əməliyyatı

Daha bir siqaret əməliyyatı
Oxunma sayı: 46

Qanunsuz yolla ölkəyə gətirilən siqaretlər müsadirə olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi “Opel Vectra” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin arxa oturacağının altından və salonundan gömrük nəzarətinə bəyan edilməyən 3400 ədəd “Dubao” markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi