Daha bir sosial şəbəkədə səsli və videozəng funksiyaları aktivləşdi

daha-bir-sosial-sebekede-sesli-ve-videozeng-funksiyalari-aktivlesdi
Oxunma sayı: 1516

“Vkontakte” sosial şəbəkəsinin “iOS” və “Android” platformaları üçün mobil proqramlarında səsli zəng və videozəng funksiyaları istifadəyə verilib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, yeni funksiyalar hələlik bütün istifadəçilər üçün əlçatan deyil. Amma proqramçılar söz veriblər ki, yaxın həftələr ərzində hamı yeniliklərdən istifadə edə biləcək.

“Vkontakte”nin nümayəndələri bildiriblər ki, onlar istifadəçilər arasında ünsiyyəti maksimum dərəcədə asanlaşdırmağa çalışırlar.