Daha bir tunel gələn il açılacaq

daha-bir-tunel-gelen-il-acilacaq
Oxunma sayı: 640

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, tunelin ümumi uzunluğu 610 metr, qapalı boyu 140 metr, eni isə 26,5 metr təşkil edəcək.

Layihəyə əsasən, hündürlüyü 5,5 metr nəzərdə tutulmuş tuneldə yol üç gediş və üç gəlişdən ibarət olacaqdır. Tunelin keçdiyi ərazidən elektrik, rabitə, kanalizasiya xəttləri köçürülüb. Hazırda qaz xəttinin köçürülməsi ilə bağlı işlər aparılır.

Tikinti işlərinə gəldikdə isə, svayların vurulması və eyni zamanda, tunelin qapalı hissəsində aşırım tirlərinin montajı həyata keçirilir.