Daha bir uçan taksi havaya qalxdı - Fotolar

daha-bir-ucan-taksi-havaya-qalxdi
Oxunma sayı: 2544

“Airbus” aviatikinti konserninin A3 bölməsi tərəfindən hazırlanmış “Vahana” adlı sürücüsüz hava taksisi ilk uçuşunu yerinə yetirib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, 31 yanvar tarixində Pendltonda yerləşən aerodromda yerinə yetirilmiş sınaq uçuşunda uzunluğu 6,2 metr, eni 5,7 metr olan “Vahana” sürücüsüz hava taksisinin prototipi 5 metr hündürlüyündə şaquli uçub, 1 dəqiqə müddətində havada qalıb və rahat şəkildə yerə enib. Növbəti gün prototip ikinci uçuşu həyata keçirib.

Qeyd edək ki, başqa şirkətlər də hava taksisi hazırlamaqla məşğuldurlar. Məsələn, ötən ilin sentyabrında Almaniyanın “Volocopter” (E-volo) şirkəti tərəfindən hazırlanmış “Volocopter 2X” adlı sərnişin dronu Dubayda ilk sınaq uçuşunu yerinə yetirib.