Daha bir ulduz “söndü”

Daha bir ulduz “söndü”
Oxunma sayı: 2154

2017-ci il həm də bir çox ulduz futbolçuların karyeralanı bitirməsilə yadda qaldı. Çexiya millisinin sabiq üzvü Tomaş Rositski də mühüm qərar verib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli yarımmüdafiəçi peşəkar futbolçu karyerasını başa vurub.

37 yaşlı futbolçu karyerasını Praqa “Sparta”sında başlayıb. O, “Borussiya” və “Arsenal”da da çıxış edib. Rositskinin son klubu da “Sparta” olub.

O, Çexiya yığmasında 105 oyun keçirən futbolçu 23 qol vurub.

Qeyd edək ki, bu il Françesko Totti, Xabi Alonso, Filipp Lam, Kaka, Andrea Pirlo, Frenk Lempard kimi futbolçular da karyerasını bitirmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi