Daha bir ulduzdan şok etiraf - “Mənə də təcavüz ediblər...”

daha-bir-ulduzdan-sok-etiraf
Oxunma sayı: 4220

Son zamanlar onlarla xarici məşhurun vaxtilə təcavüzə məruz qalmasını etiraf etməsi böyük qalmaqallara səbəb olub. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, son olaraq belə bir etiraf film dünyasının əfsanələrindən sayılan 90 yaşlı aktrisa Gina Lollobrigidan gəlib.

İtaliyanın dövlət kanalı "Rai 1"ə qonaq olan aktrisa bildirib ki, iki dəfə təcavüzə məruz qalsa da,  heç bir zaman şikayət etməyə cəsarəti olmayıb:

"Düzü, hər kəsin indi təcavüzə məruz qaldığını etiraf etməsi mənə reklam kimi gəlir, bəzi iddialara isə inanmıram. Ancaq, təəssüf ki, bizim kimi məşhur insanların başına bu cür hadisələr tez-tez gəlir və nədənsə susmağı seçirik. Mən də vaxtilə iki dəfə təcavüz olunmuşam və bunu ilk olaraq burada açıqlayıram". 

Bir zamanların ən gözəl qadını sayılan Lollobrigida dəfələrlə şikayət etmək istəsə də, cəsarəti çatmadığını söyləyib. Birinin italyan, digərinin isə xarici olduğunu söyləyən aktrisa həmin şəxslərin adlarını açıqlamayıb:

"Bu hadisə insana mənəvi zülm verir və xarakterə birbaşa təsiri var. Elə bir şeydir ki, içimizdən çıxarıb ata bilmirik. Çox iyrənc hisslərdir. 19 yaşımda məsum bir tələbə idim. Nə eşq, nə də başqa bir şey bilirdim. Həmin şəxs isə çox məşhur bir adam idi və o vaxt etiraf etsəm, hər şeyini itirərdi, cəsarətim çatmadı".

Daha sonra ikinci təcavüzlə bağlı suala isə cavabında "bunu danışmamaq daha yaxşı olar. Evlənmişdim və aktrisa idim o vaxt" deyib.