Daha bir universitet təhsil haqlarını aşağı saldı

Daha bir universitet təhsil haqlarını aşağı saldı
Oxunma sayı: 42

Son vaxtlar Qərb Universitetindəki yeniliklərlə bağlı xəbərlərə tez-tez rast gəlirik. Universitet genişlənir, yeni ixtisasları tədris proqramına daxil edir. Universitetin illik təhsil haqlarını aşağı salması barədə xəbər də maraqla qarşılandı. 

Universitetdən “Qafqazinfo”a bildirdilər ki, hazırda universitet infrastrukturunun müasirləşdirilməsi üçün əsaslı işlər aparır, maddi-texniki bazanın gücləndirilməsi təmin edilir və nəhəng kompleks, yeni binalar və müasir kampusun tikintisi həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar qurulur. Qərb Universitetinin Qəyyumlar Şurasının mövqeyi bundan ibarətdir ki, universitet regionun aparıcı universitetinə çevrilməlidir.

Tələbə sayının ciddi şəkildə artacağını nəzərə alaraq universitet illik təhsil haqlarını aşağı sala bilib. Bundan əlavə, universitet təhsil müddətində fərqlənən tələbələrə təqaüdlər ayırır və bundan sonrakı dövrdə bu imkanlar daha da genişlənəcək.

Məlumat üçün bildirək ki, Qərb Universiteti ABŞ və Avropanın aparıcı universitetləri ilə ayrı-ayrı proqramlar çərçivəsində əməkdaşlıq edir, nüfuzlu təhsil ocaqlarının mütəxəssisləri mühazirələr üçün universitetə dəvət olunur. Universitetin beynəlxalq əməkdaşlıq şəbəkəsi dünyanın 200-dən artıq təhsil müəssisəsini əhatə edir.

Eyni zamanda universitetdə bütün region üçün unikal hesab edilə biləcək laboratoriyalar qurulur.  Xüsusilə mühəndislik istiqamətləri üzrə ixtisaslarla bağlı müasir standartlara cavab verən laboratoriyalar formalaşdırılıb və bu laboratoriyaların təşkilinə bu sahədə böyük təcrübəsi olan ABŞ və Avropa şirkətləri cəlb edilib. Mexatronika və robototexnika mühəndisliyi, maşınqayırma, həmçinin meşəçilik, ağac emalının texnologiyası ixtisasları üzrə də laboratoriyalar təşkil edilib. Ağac emalı ilə bağlı istifadə olunacaq qurğular ölkədə ilk dəfə Qərb Universitetində tətbiq olunacaq.

Universitetdə daha bir unikal laboratoriya - genetik analizlərin aparılmasına imkan verən laboratoriya da qurulmaqdadır. Ekologiya mühəndisliyi sahəsi üzrə qurulmaqda olan laboratoriyanı da xüsusilə vurğulamaq olar. Burada aparılacaq bir sıra proseslər ölkə üzrə ilk dəfə Qərb Universitetində reallaşdırılacaq.


 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi