Daha bir yanğın fəlakəti

daha-bir-yangin-felaketi
Oxunma sayı: 653

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, rayonun Kotavan kəndində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 270 kv.m sahədə və damına yığılan 9 ton ot bağlaması yanıb.

Yanğın zamanı 120 xırda buynuzlu heyvandan 12 baş heyvan (onlardan 10 baş quzu, 2 baş qoyun) və 1 baş iri buynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Yanğının söndürülməsi zamanı 30 xırda buynuzlu heyvan yanğınsöndürənlər tərəfindən, qalan heyvanlar isə əhali tərəfindən xilas olunub.

Tövlənin qalan hissəsi və ona bitişik yaşayış evi yanğından mühafizə olunub. Yanğın saat 20:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.