Daha bir yol bağlandı

daha-bir-yol-baglandi
Oxunma sayı: 653

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, yeni metro stansiyasının tikintisi ilə əlaqədar olaraq Bakının Nəsimi rayonu ərazisində Cəlil Məmmədquluzadə küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən Asif Məhərrəmov küçəsinədək olan hissəsi (Mərkəzi Hərbi Klinik Hospitalın (keçmiş Papanin hospitalı) yanından körpüyə qədər) sabahdan qeyri-müəyyən müddətədək tam bağlanacaq.

Hazırda yolun bağlanması üçün hazırlıq işləri görülür.
Sürücülərdən bu istiqamətə alternativ yollardan istifadə etmələri xahiş olunur.