Daha bir yolda təmir işləri aparılır

daha-bir-yolda-temir-isleri-aparilir
Oxunma sayı: 631

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, avtomobil yolunun 120-ci km-dən başlamaqla ümumi uzunluğu 80 km təşkil edəcək.

Layihə üzrə 5 yol qovşağının, 1 körpünün, müxtəlif diametrli suötürücü boruların, yeraltı keçidlərin və yaşayış məntəqələrindən keçən ərazilərdə yerli yolların tikintisi nəzərdə tutulur.
Tikinti işlərinə gəldikdə torpaq işlərinin ümumilikdə 70%-i yerinə yetirilib, 15 km-lik məsafədə isə ikiqat asfalt örtüyü döşənib.
Yaxın bir neçə gündə isə 20 km-ə yaxın məsafədə ikiqat asfalt örtüyünün vurulması işləri başa çatdırılacaq.

Bütün bu işlərlə yanaşı, piyada və heyvan keçidlərinin, müxtəlif süni qurğuların tikintisi işləri də həyata keçirilir.

Tikinti işlərində istifadə olunan asfalt döşəyən maşın ən müasir cihaz və mexanizmlərdən ibarətdir. Avropa istehsalı olan və lazer nəzarət cihazları ilə təchiz olunan bu maşın asfalt-beton örtüyünün keyfiyyətli döşənməsində müstəsna rola malikdir.