“Daha çox səhv etdik” - Qurbanov

“Daha çox səhv etdik”
Oxunma sayı: 691

“Bolu toplanışında ikinci oyunumuz idi. İlk matça nisbətən daha çox səhv buraxdıq. Bunlar qapımıza qol vurulması ilə nəticələndi.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib. O, bu gün Türkiyənin Bolu şəhərində Ukrayna “Vorskla”sına 1:3 hesabı ilə uduzduqları yoxlama oyununu şərh edib:

“Belə səhvlərin hazırlıq oyunlarında olması yaxşıdır ki, toplanış müddətində onları aradan qaldıraq və bir daha təkrarlanmasın. İkinci hissədə yağışlı hava oldu, oyunun sürəti də artdı. 20-25 dəqiqə topa komandamız nəzarət etdi. Lakin qol vura bilmədik. Hərçənd bunun üçün imkanlarımız da var idi. Futbolçularımız istədiyimiz elementləri yerinə yetirməyə çalışdılar”.

S. Qurbanov iyulun 17-dəki son yoxlama matçında tam heyətlə oynamağa çalışacaqlarını deyib: “Yeni futbolçularımız Klesio və Kristian bu gün 25-30 dəqiqə oynadılar. Vaxtımız az olduğu üçün onların qısa müddətdə komandaya uyğunlaşmasına çalışacağıq. Onlar tam formalarını bərpa edə bilməsələr də, bu mərhələ üçün optimal duruma düşmələrinə nail olmalıyıq. Çünki ayın 25-dək komanda tam formalaşmalıdır”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi