“Daha ehtiyatlı olsaydım, başqa nəticə qazana bilərdik” - Rəşad Sadıqov tənqidlərə cavab verdi

daha-ehtiyatli-olsaydim-basqa-netice-qazana-bilerdik
Oxunma sayı: 3524

“Qurban Qurbanovun hücum potensialları üçün düşüncələri idi. Riskə getdi və mən də futbolçusu kimi onu ürəkdən təbrik edirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Şerif”ə qarşı keçirilən cavab oyunundan sonra bildirib.

O, jurnalistlərin suallarını cavablandırb:

- Hamı sizi səhvlərinizə görə tənqid edirdi. Bu məsələ ilə bağlı nəsə fikir bildirmək istəyirsiniz?

- Mən uzun illərdir “Qarabağ”ın kapitanıyam. Burada uzun müddətdir işlər gedir və iş olan yerdə səhv olmalıdır. Mən bütün tənqidləri normal qarşılayıram. BATE ilə oyunda etdiyim səhvlər yaşımla bağlı deyil. Mən o səhvləri 20 yaşımda da etmişəm. Mənim özəlliklərimdən biri topla yaxşı rəftar etməyimdir. Bu gün kənara çəkilsəm, komanda üçün lazımsız fiqura çevriləcəm.

Oyun zamanı top itirə, səhvlər edə bilərdim. Ancaq bugünkü səhvlər yaşla bağlı deyil. Dərindən analiz etsəm, bu il avrokuboklarda çox yaxşı çıxış etmişəm. Sadəcə, bir qədər şanssız oldum, buraxdığım səhvlər qolla nəticələndi və “Qarabağ”ı növbəti mərhələdən etdi. Mən ilk növbədə özüm-özümü qınayırdım. Daha ehtiyatlı olsaydım, başqa nəticə qazana bilərdik. Artıq hər şey geridə qalıb. PSV-dən 6 qol vuraxıb, Avropa Liqasına yuvarlanmaqdansa, möhtəşəm qələbə qazanıb qrupa düşmək mənim üçün daha önəmli idi.  

- Avropa Liqasının qrupu artıq azərbaycanlı azarkeşlər üçün adi hala çevrilib...

- Bizim üçün ildən-ilə hər şey adiləşib. Əsas problemimiz budur (gülür). Dərəcə də qalxır, rəqiblər bizimlə oyuna başqa cür hazırlaşır. Biz “Şerif”i mütləq keçməliyik deyirik, amma rəqibi də analiz etmək lazımdır. BATE son ilər 8 dəfə qrup mərhələsində mübarizə aparıb. Düzdü, biz də qrupda oynamışıq, lakin rəqibləri qiymətləndirmirik.

- Belə bir məlumat yayılmışdı ki, BATE ilə oyunlarda səhvlər etməsəydiniz, milliyə qayıdacaqdınız. Bu məsələ doğrudur?

- Mənim milliyə qayıtmağım səhvlərlə bağlı deyil. Qurban müəllimlə söhbət etmişdik, Ruslan Abışov zədələnəndən sonra bu məsələ gündəmdə idi. Amma müdafiəçimiz var. Mən sözümün arxasındayam. Nə vaxtsa xeyrim dəyəcəksə, milliyə qayıtmağa hazıram.

- “Şerif” səddini keçməyəcəyiniz halda, karyeranı bitirməyi düşünürdünüz?

- Oyundan öncə çox az şey haqda fikirləşirdim. Oyuna köklənmişdik. Mən komandanın kapitanıyam, belə şeylərə vaxt ayırmağa və düşünməyə zamanım yoxdur.

- “Beşiktaş” və ya “Fənərbağça” ilə eyni qrupa düşmək istərdin?

- Allah nəyi məsləhət buyursa, elə də olacaq. Mən sırf Qurban müəllimi təbrik edirəm. “Şerif” bizi ilk oyunda çox yaxşı təhlil etmişdi. Qurban müəllim cavab matçında çox böyük riskə getdi və oyunumuzu təmiz dəyişdi. Fikir verdinizsə, Qarayev sağda da oynayırdı, mən də sol cinahda daha çox çıxış etdim.