Daha iki ev yandı

daha-iki-ev-yandi
Oxunma sayı: 646

“Qafqazinfo”nun FHN-in saytına istinadən məlumatına görə, Masallı rayonu, Qızılağac kəndində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 36 kv.m sahədə və damına yığılan 1 ton ot bağlamasının 500 kiloqramı yanıb. Tövlənin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 02:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın Gədəbəy şəhərində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 8 kv.m olan dərzi köşkünün dam örtüyünun yanar konstruksiyaları 2 kv.m sahədə yanıb. Köşkun qalan hissəsi yanğından muhafizə olunub. Yanğın saat 07:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.