Daha iki filmdə “Agent-007”ni canlandıracaq

daha-iki-filmde-agent-007ni-canlandiracaq
Oxunma sayı: 795

Aktyor Daniel Kreyq daha iki “Agent-007” filmində rol alacaq.

“Qafqazinfo” xarici KİV-lərə istinadən xəbər verir ki, Ceyms Bond obrazını 4 filmdə yaradan Kreyqin daha iki filmdə iştirakı barədə danışıqlar başa çatıb, müqavilə imzalanma ərəfəsindədir.

Qeyd olunur ki, prodüserlər müqaviləni bağlamağa tələsirlər. Bondiadanın sayca 25-ci filminin premyerasının 2019-cu ilin noyabrın 8-də olacağı artıq elan edilib, ssenari hazırdır.

Filmin çəkilişlərinə 2018-ci ildə start veriləcək.

Xatırladaq ki, Kreyq Ceyms Bond obrazını ilk dəfə 2006-cı ildə “Kazino “Royal” filmində canlandırıb.