Daha iki nəfər ölümdən xilas edildi

Daha iki nəfər ölümdən xilas edildi
Oxunma sayı: 56

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

“Qafqazinfo”nun nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

Əməliyyat saat 18:23-də başa çatıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi