Daha iki piyada həlak olub

daha-iki-piyada-helak-olub
Oxunma sayı: 1478

Nərmanov rayonunda yol qəzası baş verib.

“Qafqazinfo”nun DİN-nin saytına istinadən xəbərə görə,hadisəbu axşam saat 1 radələrində H.Əliyev prospektində baş verib. Hacıqabul rayon sakini Cavid Zalıyev idarə etdiyi “MAN” markalı avtomobillə yolu keçən 35-40 yaşlı kişini vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb. 

Digər piyada Gəncə şəhərində həlak olub. Hadisə noyabrın 22-də saat 18 radələrində qeydə alınıb. Şəhər sakini Vüqar Rubəxşi idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Zəhra Kərimovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.