Daha iki rus casus saxlanılıb

Daha iki rus casus saxlanılıb
Oxunma sayı: 972

Niderlandda iki rus casusu saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “NRC Handelsblad” məlumat yayıb. Hadisə 2018-ci ilin əvvəlində baş versə də, media bu barədə yalnız sentyabrda xəbər tutub. Casuslar İsveçrə və Böyük Britaniyanın keçirdiyi birgə əməliyyat nəticəsində ələ keçiriliblər. Onlar Niderlandın Şpiç şəhərində yerləşən məxfi laboratoriyanın məlumat bazasına girməyə çalışıblar. Bildirilir ki, sözügedən laboratoriyada Britaniyada zəhərlənən sabiq rus agent Skripal və qızının işi, o cümlədən Suriyada tətbiq edilən kimyəvi silahların tərkibi araşdırılıb.

Şpiç laboratoriyasının nümayəndəsi Andreas Buxer kiber-hücum xəbərini təsdiqləyib. Onun sözlərinə görə, hücumun qarşısını ala biliblər: “Biz buna hazır idik. Heç bir məlumat sızması baş verməyib”.

Adları açıqlanmayan casusların Rusiyaya təhvil verildiyi bildirilir.

 Aysel Kərimova


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi