“Dahi Qetsbi” təqdim olundu

dahi-qetsbi-teqdim-olundu
Oxunma sayı: 657

“Dahi Qetsbi” 3D filminin nümayişi “28 Cinema” və “Nargis” jurnalı tərəfindən birgə təşkil olunub. Qırmızı xalça üzərinə dəvət olunmuş qonaqlara ilk öncə film nümayiş etdirilib, furşet təşkil olunub və sonda tədbir after-party ilə davam edib. Tədbirə yalnız dəvətnamə əsasında dəvət olunmuş şəxslər buraxılıb.

“Qafqazinfo”nun məlumatına görə, qonaqlar arasında ölkənin bir çox məhşur simaları, mədəniyyət və incəsənət xadimləri, iri şirkətlərin rəhbərləri və ictimai xadimlər iştirak edib. Çoxlu sayda peşəkar fotoqraflar isə bütün tədbir boyu onları müşayət edib şəkillərin çəkiblər. Tədbir həmçinin, televiziya kanalları tərəfindən və çox saylı media nümayəndələri tərəfindən işıqlandırılıb.

Tədbirdə çıxış edən “28 Cinema” kinoteatrının İcraçı direktoru Elnarə Rəhimova böyük marağa səbəb olan bu tədbirin Azərbaycanda ilk dəfə keçirildiyini bildirib. “Bildiyiniz kimi “Dahi Qestbi” filmi mövsümün ən gözlənilən filmi hesab olunurdu və bu gün təşkil etdiyimiz tədbir bir növ həmin gözləntiləri yerli film sevənlər qarşısında özünü doğrultdu. Bu ilk idi və bundan sonra da bu cür tədbirləri mütəmadi olaraq təşkil etmək planlaşdırırıq. Ümumiyyətlə, kinoteatrımız yarandığı gündən lokal kino bazarında yeniliklərə imza atır və bununla da öz liderlik mövqeyini təsdiqləyir.” – deyə E. Rəhimova bildirib.