DAK Almaniyada toplaşır

dak-almaniyada-toplasir
Oxunma sayı: 640

“Qafqazinfo”nun www.D-A-K.org –a istinadən verdiyi məlumata görə, konfransdan sonra Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında qurulmuş Güney Azərbaycan Milli Hökumətinin yaranmasının 66-cı və süquta uğradılmasının 65-ci ildönümləriylə əlaqədar seminar keçiriləcək. Tədbirdə hazırda Almaniyada siyasi mühacir həyatı yaşayan güney azərbaycanlılar mövzuyla bağlı çıxış edəcəklər. Seminarda Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərvizniya və DAK İdarə Heyətinin üzvü, doktor Nurəddin Qərəvi də iştirak edəcək. DAK həmsədri dekabrın 9-da Almaniyaya yola düşəcək. Bundan əlavə, səfər zamanı Sabir Rüstəmxanlı Almaniyada siyasi mühacir həyatı yaşayan güney azərbaycanlılar və bu ölkədə fəaliyyət göstərən müxtəlif diaspor təşkilatları ilə görüşəcək.

Fatimə Kərimli