DAK-dan daha bir açıqlama gəldi

dak-dan-daha-bir-aciqlama-geldi
Oxunma sayı: 660

“Onların Dünya Azərbaycanlılarına müraciəti də bu qəbildəndir. Müraciətdə DAK-ın parçalanması vurğulanır və birləşdirmə qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin yarandığı haqda yalan məlumat ictimaiyyətə təqdim edilir”. Açıqlama da iddia olunur ki, DAK-dan bu və ya digər səbəbdən uzaqlaşdırılan şəxslərin «birləşdiricilik» çağırışları da aranı qatmağa xidmət edir: “Bu şəxslər DAK-da fəaliyyət göstərərkən niyə belə təşəbbüs göstərmirdilər? Necə oldu ki, DAK sıralarından xaric edildikdən sonra DAK-ın parçalanmasını «xatırladılar» və «birləşməyin» vacibliyini gündəmə gətirdilər?”

DAK açıqlamasında konqresdən ayrılmaları və birləşdirmə qurultayını Rusiya və İranın DAK-ın fəaliyyətindən naraht olması və onun adını ləkələməsi kimi qiymətləndirir.
Qurum açqılamasında onu da vurğulayır ki, soydaşlarımızın hazırda apardıqları təbliğatla kimlərinsə əlində alət olduqları təsəvvürünü yaradır özlərini nüfuzdan salır: “DAK-ın fəaliyyəti davam etdiyi halda ikinci, üçüncü eyni adlı təşkilat yaratmaq kimi anlaşılmazlıq və perspektivsiz təşəbbüslərdənsə, DAK-ın növbəti qurultayına qatılsınlar və ya başqa adla müstəqil qurum yaratsınlar”.

Fatimə Kərimli