DAK-ın Azərbaycan Nümayəndəliyi elmi-praktiki konfrans keçirib

dak-in-azerbaycan-numayendeliyi-elmi-praktiki-konfrans-kecirib
Oxunma sayı: 639

Konfransı giriş sözü ilə DAK Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimli açıb, müzakirə ediləcək mövzularla bağlı məlumat verib və qonaqlarla konfrans iştirakçılarını tanış edib. Tədbirdə Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) nümayəndəsi Abbas Bozyel və Giresun Universitetinin rektor əvəzi prof. Aygün Attar məruzə ilə çıxış ediblər. Həmçinin millət vəkli Gülər Əhmədova, türkoloq Firudun Cəlilov, tarixçi alim Pərvin Ahancı və digərləri çıxış edərək, sualları cavablandırıblar. Toplantı iştirakçıları arasında Asiya dialoqu İctimai Birliyinin başqanı Sevil Nuriyeva da olub.

Fatimə Kərimli