DAK rəhbərliyi gənclərlə görüşdü

dak-rehberliyi-genclerle-gorusdu
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, tədbiri DAK Gənclər Təşkilatının sədri Samir Turan açıb, bildirib ki, görüşdə əsas mövzu hazırda Türk dünyasının problemləri, gənclərin türk dünyasına inteqrasiyasıdır.

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK İdarə Heyətinin bəzi üzvləri çıxış ediblər. Onlar DAK-ın fəaliyyəti, Bütöv Azərbaycan məsələsi və Azərbaycanın Güneyində gedən proseslər, çağdaş dünyada türklük məsələsi, dünya azərbaycanlılarının ümumi problemləri və bu problemlərə DAK-ın baxışı, Borçalı və Dərbənddəki mövcud durumlarla bağlı öz fikirlərini bildiriblər. Bundan sonra onlar gənclərin suallarını cavablandırıb və fikir mübadiləsi aparıb.

Fatimə Kərimli