“Dalaşıb evdən çıxıb...” - Ana ilə 2 uşağının intihar səbəbləri

dalasib-evden-cixib
Oxunma sayı: 2079

Şəmkir rayonun Zəyəm kəndində baş verən dəhşətli hadisənin təfərrüatları məlum olub.

Bu barədə “Qafqazinfo”ya kənd sakinləri məlumat verib. Bildiriblər ki, hadisə dünən axşam saat 21:00 radələrində baş verib: “Hadisəyə səbəb ailə münaqişəsi olub. Belə ki, vəfat edən Pərvanə Mahmudovanın həyat yoldaşı Nəsrəddin Mahmudov bibisinin himayəsində böyüyüb. Bibisi ilə tez-tez problemləri olurdu. Nəsrəddin KAMAZ şoferidir. Çox mərifətli bir insandır. Dünən hadisədən qabaq o işdə olub.  O ərinin bibisi 1960- cı il təvəllüdlü Dursun Mahmudova ilə dalaşıb. Pərvanə Mahmudova iki azyaşlı uşağını götürərək atasının evinə getmək adı ilə evdən çıxıb. Ancaq o, atasının yaşadığı ev istiqamətində deyil, dəmiryolun Qovlar-Zəyəm mənzilinin 134- cü kilometrliyində, piket 2 ərazisinə gəlib. İki uşağın əlindən tutaraq özü ilə birlikdə Böyük Kəsik- Bakı istiqamətində hərəkətədə olan qatarın altına özünü atıb. Həmin bədbəxt hadisə də bir anlıq olub.  

Nəsrəddinin doğma ata, anası həyatdadır. Uşaqların biri 2014-cü il təvəllüdlü Sənan, qızları Səma isə 2016- cı ildə doğulub. Hələ ki, onlar dəfn olunmayıb. Bir azdan torpağa tapşırılacaqlar”.

Günel Türksoy