Dalay Lama müsəlmanların qətliamını pislədi

dalay-lama-muselmanlarin-qetliamini-pisledi
Oxunma sayı: 673

“Qafqazinfo”nun “Deyerler.org”a istinadən verdiyi məlumata görə, buddistlərin öndə gedən lideri və ABŞ-da yaşayan Dalay Lama bildirib ki, baş verənlərin onların dininə heç bir aidiyyatı yoxdur və bu cinayətlər siyasi xarakterlidir:

“Əlbəttə ki, din adından insanların öldürülməsi çox üzücü bir durumdur. Son günlərdə müsəlmanlara qarşı hücumlarda buddistlərin də iştirak etməsi bizi narahat edir”.

Qeyd edək ki, son vaxtlarda Myanmada müsəlmanlara qarşı hakimiyyət qüvvələrinin dəstəyi ilə radikal buddistlər tərəfindən bir sıra cinayətlər törədilir.