Dalğa Gənclər Hərəkatı “qara siyahı”da

dalga-gencler-herekati-qara-siyahida
Oxunma sayı: 767

Bu məqsədlə hərəkat daxilində Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsi (QHTK) yaradılıb. Hərəkatın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün QHTK-nın rəhbəri Pərviz Əzimov hərəkatın Qurultayının keçirilməsi üçün nəzərdə tutulan “Ambassador” otelinin konfrans zalını icarə götürmək məqsədi ilə otelin marketinq və satış şöbəsinin rəhbərliyi ilə görüşüb, oteldə Qurultay keçirmək istədiklərini deyib. Şöbə rəhbəri Billur xanım isə “Dalğa” kimi təşkilatlara yer vermədiklərini deyib. Bunun səbəbinə gəlincə isə şöbə rəhbəri bildirib ki, bu barədə onlara rəhbərlik tərəfindən tapşırıq verilib. Rəhbərlik bildirib ki, Dalğa Gənclər Hərəkatı və bu kimi təşkilatlara tədbir keçirmək üçün yer verilməsin.

Şöbə rəhbəri Pərviz Əzimova həmçinin bildirib ki, əgər tədbirin “Ambassador” oteldə keçirməkdə israrlıdılarsa, o zaman bunun üçün Bakı Şəhər İcra Hakimiyyətindən icazə kağızı almaq lazımdır.

Qeyd edək ki, Dalğa GH-nin növbəti Qurultayının mart ayının 6-da keçirilməsi planlaşdırılmışdı. Yaxın 2-3 gün ərzində hərəkat Qurultay keçirmək üçün müvafiq yer tapa bilməsə, Qurultay Azərbaycan Respublikasından kənarda keçirilə bilər.

Sədan