“Dalğa” vəkillərlə bağlı bəyanat yaydı

dalga-vekillerle-bagli-beyanat-yaydi
Oxunma sayı: 675

“Qafqazinfo”nun məlumatına görə, belə bir bəyanatla Dalğa Gənclər Hərəkatı çıxış edib. DGH-ı hüquqa biganəlik və vəkillik fəaliyyətinə qarşı repressiyaların vətəndaşların hüquqa inamını azaltdığını bildirib. Bunun isə öz növbəsində, cinayətkarlığın artmasına, dövlətə inamsızlığa və konstitusiyanın aliliyinin itirilməsinə səbəb olacağı vurğulanıb: “ Bütün bunları nəzərə alaraq, biz Dalğa Gənclər Hərəkatı olaraq, vəkil Xalid Bağırov və Elçin Namazovun Vəkillər Kollegiyası tərəfindən vəkillik fəaliyyətinə müdaxiləni, xalqın hüquqa inamsızlıq cəhdi kimi qiymətləndiririk. Hesab edirik ki, bu qanunsuzluğu həyata keçirənlər vətəndaşlarımızı qeyri-qanuni yollara əl atmasına sövq edir. Biz, bütün bu qanunsuzluqların aradan qaldırılmasını insan hüquq və azadlıqlarının qorunmasını, qanunlara əməl edilməsini dövlətçiliyimiz üçün vacib hesab edirik və vəkillərə qarşı yol verilən bu qanunsuzluqların aradan qaldırılmasını tələb edirik”.