“Dalğa”ya hakker hücumu

dalgaya-hakker-hucumu
Oxunma sayı: 649

Hərəkatın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hər iki elektron poçta və hərəkatın bloquna nəzarət etmək mümkün deyil. Hazırda hər elektorn poçtların və bloqun yenidən geri qaytarılması üçün iş aparılır. Bu səbəbdən Dalğa Gənclər Hərəkatı bəyan edib ki, həmin elktron poçtlardan göndərilən məktublara görə “Dalğa” məsuliyyət daşımır. Əgər həmin poçtlardan kimlərinə elektorn ünvanına məktub daxil olarsa, xahiş edilir ki, bu barədə Dalğa GH rəhbərliyinə məlumat versinlər.

Elektron poçtların və bloqların geri qaytarılacağı təqdirdə bu barədə ictimaiyyətə məlumat veriləcək.