Damağında siqaret tüsdülədən türkiyəli qadın

damaginda-siqaret-tusduleden-turkiyeli-qadin-
Oxunma sayı: 727

Bu hansı məntiqə, həyat fəlsəfəsinə düz gəlir”. Doğrudur, mən də bu məntiqlə razılaşmıram. Əgər bir qadın dini adətlərə uyğun başına türban taxıbsa, onda niyə bədəninin digər əzalarını çöldə qoysun, əgər çöldə qoyursa, onda niyə türban taxsın, nə məcburdur? Deyə bilərik ki, bir insanı öz istəkləri xaricində örtməyə çalışsan, o başqa şeylə mütləq əvəzini çıxmağa çalışacaq. Misal üçün, turistlərin ərəb ölkələrində çadralı qadınların çadra altından göz-qaş oynatmasına mat-məəttəl qalmaları kimi çox səbəb göstərə bilərik, əlbəttə, amma inanın yazacağımız səbəblərin heç biri o cahil qadınların bu cür geyim və davranışlarının məntiqini açmayacaq. Çünki ortada bir məntiq də yoxdur, əslində. Türkiyədə hər addımbaşı məntiqə tərs gələn hadisələrlə qarşılaşa bilərsiniz. Birincisi, Türkiyə toplumu qarışıq toplumdur. Burda hər təbəqədən insan var. Bu təbəqələri də özlüyündə sinifləndirmək mümkündür. İkincisi, toplumda insanların çoxu cahildir. Türk telekanallarına baxanda əvvəllər elə düşünürdüm ki, ən azı bazarda meyvə satan adam da çox yaxşı öz fikrini izah edə bilir. Nə olmasa da, danışıq qabiliyyəti yerindədir. Amma görünüşə aldanmayın.

Məntiqini ən çox anlamadığım sıx-sıx rast gəldiyim şeylərdən biri də yolda, küçədə damağında siqaret tüstülədən qadınlardır. Ümumilikdə, türkiyəli qadınlar bizim qadınlara nisbətdə bir az daha aqressivdirlər. Dedi-qoduyu da çox sevirlər. Ancaq Allah üçün, düzünü desək, yaxşıdır. Bir yaxşı xüsusiyyətləri var. Gəncindən yaşlısına qədər hər kəs gözəl bir xanım, gözəlliklə bağlı bir şey gördülərsə, kompliment yağdırmağı sevirlər. Amma elə bilməyin ki, bunu hər zaman edirlər. Ərlərinin yanında başqa gözəl qadına bir dənə də olsun kompliment söyləməzlər. Ən qorxduqları şey ərlərini, yaxud sevdikləri kişini itirməkdir. Yəni, çoxbilmiş qadınlardır. Nə istəyib, nə istəmədiklərini çox yaxşı bilirlər. Çox qızıl-zinət əşyaları taxmağı sevməsələr də, belə şeylərə bizim qadınlardan daha çox düşkündürlər. Niyə bizim qadınlarla müqayisə etdim? Çünki bizim qadınlar göstərişi çox sevirlər. Türkiyədə qadınların əksəriyyəti geyimlərində sadədirlər. Hə, unutmuşdum lap. Yolda siqaret çəkən qadına, – türbanlı, türbansız fərqi yoxdur – rast gələ bilərsən, amma pivə içən qadına pis baxırlar. Belə bir qəribə məntiqləri var.

Başqa bir şey də donuz əti yeməmə adətilə bağlıdır. Onların ən çox təəccübləndikləri şeylərdən biri biz Azərbaycan türklərinin – təbii ki, buraya ucdantutma hər kəsi aid etmirəm – donuz əti yeməsidir. Demək, bunlara görə donuz əti yemək çox böyük qəbahətdir. Nə qədər adamdan soruşdum ki, bizim donuz ətindən istifadəmizə niyə belə dəhşətli bir şey kimi baxırsınız, halbuki, bizdə kimsə gedib qəssaba “mənə bir kilo donuz əti ver” demir. Kimsə mənə məntiqli bir cavab vermədi. Hər kəs dinlə əlaqələndirdi. Dində yasaq olduğu üçün olmazmış filan. Halbuki, insanları inandıra bilmirsən ki, əgər donuz əti yemək qadağandırsa, onda niyə içki içirsiniz? O da dinə görə qadağandır. Ağlına inandığım bir nəfər mənə dedi ki, “axı bizdə donuz əti yemə mədəniyyəti heç bir vaxt olmayıb, yoxsa bunu dinlə əlaqələndirmək cahillikdir”.

Bir də, sən demə, qadınların mağazada, dükanda, ictimai yerlərdə bir şey aldıqdan sonra təşəkkür etməsi yaxşı şey hesab olunmurmuş. O zaman qadının əxlaqında çatışmazlıq var kimi qəbul edirlərmiş. Bunu da yeni öyrənmiş oldum. Hələ ağlıma gəlməyən bir çox mətləblərdən daha sonra yazacağam. Bax belə...

P.S. Yazının sonunda bildirmək istəyirəm ki, gördüklərimi yazmaq, bəlkə də, Türkiyəni və türk toplumunu sevməmək kimi qiymətləndirilə bilər tərəfinizdən. Amma heç bir əlaqəsi yoxdur. Bu yazını necə adlandırmağınızdan asılı olmayaraq, Mevlanadan bir parça şeir paylaşmaq istəyirəm...

Gel, gel, ne olursan ol yine gel,
ister kafir, ister mecusi,
ister puta tapan ol yine gel,
bizim dergahımız, ümitsizlik dergahı değildir,
yüz kere tövbeni bozmuş olsan da yine gel…