Damla atasıyla belə vidalaşdı - Video

damla-atasiyla-bele-vidalasdi
Oxunma sayı: 7535

Müğənni Damlanın atası Qərib Məmmədovun yas mərasimindən görüntülər yayılıb. 

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videoda sənətçinin ürək çatışmazlığından dünyasını dəyişən atası ilə vidalaşması əks olunub.

Damla göz yaşlarına hakim ola bilməyib. 

Qeyd edək ki, ifaçının 63 yaşlı atası müalicə aldığı Gömrük xəstəxanasında vəfat edib.