Damla “beh” məsələsindən danışdı

damla-beh-meselesinden-danisdi
Oxunma sayı: 1168

Müğənni Damla beh alıb toya getməməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, müğənni bu tipli xəbərlərin sifarişli olduğunu bildirib: “Hər gün məclisdəyəm və bunu hamınız görürsünüz. Bir gün də boş deyiləm. Mənim qazancımı müzakirə etməyə keçmisiz. Bu yalanlar nə vaxt bitəcək? Məclis idarə edə bilməyən insanın ayının bütün günü dolu olmaz. Allahın yazdığı ruziyə qarışırsınız? Allahlıq edəcəksiniz? Qazancımı sizə verməliyəm? Anlaya bilmirəm ki, içinizdəki nifrət alovu niyə böyüyür? Kasıba əl tutanda, xəstəyə kömək edəndə, yetimin toyunda pulsuz oxuyanda yaxşı insan oluruq. Amma halal pul qazananda pisik. Kim arada oyun çıxarıb, kim kimisə aldadıb adımızdan pul alıbsa, bunun günahı nə məndə, nə də komandamdadır. Bilirəm bunu toya çağırılmamağım üçün ediblər. Allah ədalətlidir, hər şeyi görür”. 

Qeyd edək ki, ötən gün mətbuata açıqlama verən Masallı rayon sakini Elbrus Nurullayev Damlanın prodüserinin ondan 600 manat “beh” aldığını, amma toy günü müğənninin məclisə gəlmədiyini deyib.