“Damla hələ uşaqdır, o, mən ola bilməz” - Rəqsanə+ Video

“Damla hələ uşaqdır, o, mən ola bilməz”
Oxunma sayı: 2924

Müğənni Rəqsanə İsmayılova ARB TV-nin “Səhər-Səhər” verilişində qonaq olub.

“Qafqazinfo” xəbər verir ki, sənətçi efirdən həmkarı Damlanın bostanına daş atıb:

“Damla uşaqdır. Mənim onla nə işim ola bilər ki? Damlanın 30 dan çox yaşı olsa da, o, mənim yanımda gəlib sənətdən danışa bilməz. O, Rəqsanə ola bilməz hələ. Ne olsun ki, 3-4 mahnısı sevilir. O, 3-4 gündü sənətə gəlib. Mənim onunla heç bir problemim ola bilməz”.

İsmayılova Damlaya qulaq asmadığını vurğulayıb: “Mən Azərbaycanda çox az insana qulaq asıram. Röyaya qulaq asıram, onunla münasibətim də normaldır. Brilliant Dadaşovanı dinləyirəm. Çünki sənətkara qulaq asıram”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi