Damlaya görə izdiham yarandı - Polis qarışdı + Video

damlaya-gore-izdiham-yarandi
Oxunma sayı: 8329

Müğənni Damla yenə də pərəstişkarlarının izdihamı ilə üzləşib.  “Qafqazinfo” xəbər verir ki, bu gün sənətçi mağazalardan birinin açılışında iştirak edib.

Sosial şəbəkələrdə paylaşılan videoda müğənninin fanatları ağlayaraq onunla şəkil çəkdirmək istədiklərini bildiriblər və müğənni polis və mühafizə əməkdaşlarının köməkliyi ilə maşına minib.

İzdihamda Damlanın avtomobili hərəkət edə bilməyib.

Sənətçi daha sonra ağlayan gənc qızı maşınına dəvət edərək selfi çəkdirib, söhbət edib.