Danford Türkiyədə - Akarla İncirlikdə görüşdü + Fotolar

Danford Türkiyədə
Oxunma sayı: 905

ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford Türkiyədə rəsmi səfərdədir.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Danford Türkiyə müdafiə naziri Hulusi Akarla İncirlik hərbi bazasında görüşüb.

Türkiyə silahlı Qüvvələrinin yaydığı açıqlamada bildirilir ki, Akar Danforda Suriyanın Əl-Bab şəhərində aparılan hərbi əməliyyatlarla bağlı, eləcə də PKK və İŞİD terror təşkilatlarına qarşı mübarizə haqqında məlumat verib.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimovla fevralın 16-da Bakıda səfərdə olub.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi