Dani Kintana Almaniyaya gedir

dani-kintana-almaniyaya-gedir
Oxunma sayı: 3386

“Qarabağ”ın futbolçusu Dani Kintana yaxın günlərdə əməliyyat olunacaq. 

“Qafqazinfo” xəbər verir ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda BATE-yə qarşı keçirilən oyundan bir gün öncə baş tutan məşqdə zədə alan futbolçu ölkə xaricində əməliyyat masasına uzanacaq.  Menisk nahiyəsindən zədə alan futbolçunun əməliyyatı Almaniyada reallaşacaq. 

Futbolçunun əməliyyatdan sonra nə qədər müddətə klubun sıralarına qoşulacağı bəlli deyil. İlkin rəyə əsasən, ispan yarımmüdafiəçi 4 ay bərpa prosesi keçməli olacaq.

Qeyd edək ki, yarımmüdafiəçi ötən il İspaniyada diz bağlarından əməliyyat olunub və altı ay yaşıl meydanlardan kənarda qalıb.