Dani Kintana “Qarabağ”a qoşuldu - Foto

dani-kintana-qarabaga-qosuldu
Oxunma sayı: 1374

Ötən mövsüm ağır zədə üzündən sıradan çıxan ispaniyalı futbolçu Dani Kintana dünən “Qarabağ”ın Avstriyada davam edən hazırlıq prosesinə qoşulub.

“Qafqazinfo”  xəbər verir ki, 4 aydır yaşıl meydanlardan kənarda qalan təcrübəli yarımmüdafiəçinin yaxın günlərdə fərdi məşqlərə başlayacağı gözlənilir.  

Xatırladaq ki, Dani fevralın 3-də baş tutan AZAL-la matçda zədələnərək əməliyyat olunub.