Dani Kintana yenə zədələndi

dani-kintana-yene-zedelendi
Oxunma sayı: 1380

“Qarabağ”ın ispanyalı futbolçusu Dani Kintana yenidən zədələnib.

“Qafqazinfo” xəbər verir ki, çempionatın 12-ci turunda Ağdam klubu “Sumqayıt”ı qəbul edib. Oyunun 80-ci dəqiqəsində rəqib futbolçu ilə mübarizə zamanı Dani Kintana zədə alıb. Onu Donald Gerrye məcburi əvəz etməli olub.

Qarşılaşma “Qarabağ” 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, D.Kintana zədəsini bir müddət əvvəl sağaltmışdı.