Danimarka da seçimini etdi

danimarka-da-secimini-etdi
Oxunma sayı: 645

APA-nın müsabiqəsinin rəsmi internet saytına verdiyi xəbərə görə, Danimarkada milli final “Dansk Melodi Grand Prix”in qalibi Soluna Samay olub. Soluna Samayın Bakı səhnəsində “Should have known better” (“Daha yaxşı tanınmalı idi”) mahnısı ilə çıxış edəcək.

Qeyd edək ki, Danimarkanın milli seçimlərində 9 nəfər yarımfinala vəsiqə qazanıb və onların arasından 3-ü tamaşaçı, eləcə də münsiflər heyətinin səsverməsi ilə finala vəsiqə qazanıb. Finalda üç nəfər mübarizə aparıb, qalib isə bu mərhələdə Azərbaycan, Rusiya, Norveç və Almaniya, eyni zamanda yerli münsiflər heyətinin rəyi nəticəsində Soluna Samay seçilib. Azərbaycandan münsiflər heyətində “Eurovision” qalibləri Eldar Qasımov və Nigar Camal, Aysel Teymurzadə, prodüsser-bəstəkar İsa Məlikov, milli seçimlərin iştirakçısı Dilarə Kazımova təmsil olunub.

Finalın qonaqları sırasında “Eurovision-2009”un qalibi Aleksandr Rıbak, Danimarkanı ötən il müsabiqədə təmsil edən “A Friend in London” qrupu “Back street boys” qrupunun keçmiş üzvü Rowie D. “New Tomorrow” mahnısını birgə ifa ediblər.