Danimarka və İsveçdə Həmrəylik Günü keçirilib

danimarka-ve-isvecde-hemreylik-gunu-kecirilib
Oxunma sayı: 648

Bu haqda “Qafqazinfo”ya Güney Azərbaycan İnsan Haqları Təşkilatı”nın məsulu, hüquq müdafiəcisi Şahin Ostajloo bildirib.

“Tədbirdə Azərbaycanın tarixindən və müstəqil Azərbaycan dövlətinin yaranması haqqında bilgilər verilib.

Skandinaviya Türk Federasiyasının başqanı, tarixçi İlhan Əsən çıxışında Azərbaycanın Həmrəylik hərəkatının siyasi-ideoloji və baş vermə səbəblərinn mahiyyəti haqqında danışaraq, bu gün Azərbaycan müstəqil olmasında Həmrəylik Günün böyük rol oynadığını çatdırdı”,-deyə, Şahin Ostajloo qeyd edib.

Digər çıxışçılar isə bundan sonra belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edərək, xüsusilə, Qarabağ məsələsinin çatdırılması istiqamətində sistemli fəaliyyətin vacibliyini vurğulayıblar.

Tədbirdə türk dünyasının digər millətləri iştirak ediblər və həmrəylik günü böyük coşqu ilə davam edib.

Daha bir İsveçdə fəaliyyət göstərən “Qarabağ-Azərbaycan” dərnəyinin təşkilatçılığı ilə keçirilib.

Bu haqda xəbəri “Qarabağ-Azərbaycan” dərnəyinin sədri Ceyhun Əşfar bildirib.

“Tədbirdə iştirakçıları salamlandıqdan sonra Milli Həmrəylik bayramının tarixi və mahiyyəti barədə məlumat verilmiş, bu bayramın milli təfəkkürümüzdə oynadığı roldan danışılmışdır. Tədbir zamanı kiçik yaşlı uşaqlar əllərində üç rəngli bayraqlar tutaraq milli ruhda şeirlər söyləmələri, iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Türkiyədən, Kərkükdən, Əfqanıstandan olan qonaqların iştirakı tədbirə xüsusi rəng verib və ümumilikdə, bayram törənində 150-yə yaxın soydaşımız iştirak edib”.


Elnur Eltürk