Danimarkada daha bir məscid açıldı

danimarkada-daha-bir-mescid-acildi-
Oxunma sayı: 636

“Azerimuslims.com” Türkiyənin “Zaman” qəzetinə istinadən bildirir ki, Danimarkanın Horsens şəhərində “Yunus Əmrə” məscidinin açılış mərasimi keçirilib. Xəbərdə məscidin açılış mərasimində Türkiyənin Din İşləri naziri Mehmed Görməzin də iştirak etdiyi öz əksini tapıb.
Habelə tədbirdə Horsens şəhər bələdiyyə sədrinin müavini Piter Sörensen, Sonderbro kilsəsinin rəhbəri Ebbe Elm və digərlərinin də iştirak etdiyi bildirilib. Mərasimdə çıxış edən Sörensen məscidlərin gəncləri təhlükələrdən uzaqlaşdırdığını və insanlar arasında xoş ünsiyyət yaratdığını qeyd edib.

Məlumat üçün bildirək ki, bir qədər əvvəl Danimarkanın Aaurhus şəhərində türkiyəli nazirin iştirakı ilə “Səlimiyyə” məscidinin açılış mərasimi baş tutmuşdu.