Danimarkanın ən iri bankı Rusiyada işini dayandırır

danimarkanin-en-iri-banki-rusiyada-isini-dayandirir
Oxunma sayı: 779

Danimarkanın ən iri bankı olan “Danske Bank” Rusiyada və Baltik ölkələrində fəaliyyətini dayandırır.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə bankın məlumatında deyilir. Bundan əvvəl Estoniyanın maliyyə nəzarəti orqanı “Danske Bank”ın təlimat verildikdən sonra 8 ay ərzində Rusiya filialının bağlanmasını və bankın 20 gün müddətində müvafiq planı təqdim etməsini tələb etmişdi. 

Rusiyada fəaliyyət göstərən” Danske Bank” bank əməliyyatları üçün universal lisenziyaya malikdir və əmanət sığorta sisteminin iştirakçılarından biridir. “RİA Reytinq”ə əsasən, maliyyə qurumu bu ilin yanvarın 1-dən 21,9 milyard rubl səhmlərlə Rusiyanın bank sistemində 154-cü yeri tutub. Bankın Sankt-Peterburq və Moskvada ofisləri var.