Danışılmış oyunlar qalmaqalı dünya futboluna yayılır

danisilmis-oyunlar-qalmaqali-dunya-futboluna-yayilir
Oxunma sayı: 640

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Yunanıstan və İtaliyada da bu mövzu günün qalmaqalına çevrilib. Keçən ay Yunanıstanda aparılan araşdırmalar nəticəsində 41 futbol qarşılaşmasında şübhələr olduğu bəlli edilmişdi və 68 nəfər nəzarət altına alınmışdı. Yunanıstan Olimpiada Klubu başçısı Vangelis Marinakis isə eyniylə “Fənərbaxça”lı Əziz Yıldırım kimi gözaltına alınmışdı. Hələliksə bu soruşdurma ilə bağlı 10 nəfər həbs edilib.

İtaliyada da 2006-cı ildə “Yuventus” və “İnter” arasındakı çempionluq mübahisəsi yenidən gündəmə gəlib. Birinci liqanın 2005-2006 mövsümü sonunda ortaya çıxan "Kalkiopoli" qalmaqalından sonra verilən qərarların diskussiyası başlayıb. İtaliya Futbol Federasiyasının istəyi ilə məsələni araşdıran prokuror Stefano Palazzinin "İnter"in o zamankı prezidenti Qiaktino Facettinin bəzi hakimləri ələ almasını iddia etməsi idman aləminin bir nömrəli mövzusu olub.

Stefano Palazzinin "İnter"lə bağlı iddiaları "Kalkiopoli" skandalından sonra verilən qərarların da yenidən müzakirəyə çıxarılmasına yol açıb. O zaman qəbul edilən qərar əsasında "Yuventus"un 2004-2005-ci il çempionluğu ləğv edilib, 2005-2006 çempionluğu isə liqanın ikincisi olan "İnter"ə verilib.

Minə