“Danışır xəzər”də günün müzakirəsi nədir?

danisir-xezerde-gunun-muzakiresi-nedir
Oxunma sayı: 735

Xəzər 103 FM və Myvideo TV-də yayımlanan “Danışır xəzər” proqramında günün müzakirəsi Beynəlxalq Mülki Aviasiya günü ilə bağlıdır.

“Qafqazinfo” xəbər verir ki, 18:00-da yayımlanacaq proqramda sözgedən peşənin əməkdaşları və özəl günlə bağlı müzakirə aparılacaq. 

Siz də müzakirəyə, oyunlara qoşulmaq və kommunal borcların ödənilməsi ilə bağlı suallara cavab tapmaq üçün *8103 nömrəsi ilə əlaqə saxlaya bilərsiz.

Qeyd edək ki, proqram Fira və Azərin təqdimatında həftə içi hər gün saat 18:00-20:00-a kimi yayımlanır. Proqram Azərbaycanda ilk və yeganə sosial radio şousudur. İki saat ərzində dinləyicilərin və izləyicilərin kommunal borcları ödənilir, işsizlərin işlə təminatına aparıcılar cavabdehlik daşıyır. Bundan başqa, 103 FM-in instaqram səhifəsində (@xezer103fm) düşünüdürü suallar paylaşılır, doğru cavab verənlər mükafatlandırılır. Verilişin informasiya dəstəkçisi “Qafqazinfo” saytıdır.