“Danışır xəzər”də günün sualı nədir?

danisir-xezerde-gunun-suali-nedir
Oxunma sayı: 755

Xəzər 103 FM və Myvideo TV-də yayımlanan “Danışır xəzər” proqramında günün müzakirəsi ümumxalq könüllülər günü ilə bağlıdır.

“Qafqazinfo” xəbər verir ki, 18:00-da yayımlanacaq proqramda hədiyyələrlə bağlı müzakirə aparılacaq.

Günün sualı isə “Könüllü olaraq nə edərsiniz?” olacaq.

Siz də  müzakirəyə, oyunlara qoşulmaq və kommunal borcların ödənilməsi ilə bağlı suallara cavab tapmaq üçün  *8103 nömrəsi ilə əlaqə saxlaya bilərsiz.

Qeyd edək ki, proqram Fira və Azərin təqdimatında həftə içi hər gün saat 18:00-20:00-a kimi yayımlanır. Proqram Azərbaycanda ilk və yeganə sosial radio şousudur.  İki saat ərzində dinləyicilərin və izləyicilərin communal borcları ödənilir, işsizlərin işlə təminatına aparıcılar cavabdehlik daşıyır.

Bundan başqa, 103 FM-in instaqram səhifəsində (@xezer103fm) düşünüdürü suallar paylaşılır, doğru cavab verənlər mükafatlandırılır.

Verilişin informasiya dəstəkçisi “Qafqazinfo” saytıdır.